Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Yanıqlı nümayəndəliyinin Məşədilər kəndində qeydə alınıb.
Bir ailənin bütün üzvləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların hansı səbəbdən zəhərlənməsi və adları araşdırılır. /apa
