Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Hadisə zamanı bir nəfərin öldüyü bildirilir.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
