Toy dəvətnamənizdə vaksinlə bağlı QEYD YAZMALISINIZbackend

Toy dəvətnamənizdə vaksinlə bağlı QEYD YAZMALISINIZ

Toy dəvətnamələri üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi qeyd olunmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər”də qeyd olunub.

Bildirilir ki, vaksinin vacibliyi barədə xatırlatmanın qeyd edilməsi və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələrinin göndərilməsi vacibdir.

Bundan başqa, şənliyə dəvət olunan şəxslər COVID-19 pasportunu e-Təbib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*