Toya gecikən dostlar bəyi məhkəməyə verdilərbackend

Toya gecikən dostlar bəyi məhkəməyə verdilər

Hindistanın Hardvar şəhərində toy kortejinə gecikən dostlar bəyi məhkəməyə veriblər.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, məhkəmədə bəyin dostları ondan pul təzminatı tələb ediblər. Ravi adlı bəy üçün paylanan dəvətnamələrdə toy kortejinin saat 17:00-da başlayacağı bildirilirdi.

Ancaq bəyin dostları qeyd olunan vaxtda məkana gəlsələr də, artıq bəyin kortejlə getdiyini görüblər. Bəydən buna görə tutarlı cavab ala bilməyiblər. Bu səbəblə onu məhkəməyə verərək, 500 min rupi ( təxminən 10 min 800 manat) civarında təzminat və onlardan üzr istəmələrini tələb ediblər. Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*