Toyvo Klaarın tviti erməniləri qıcıqlandırdı – “İmkan verməyəcəyik”backend

Toyvo Klaarın tviti erməniləri qıcıqlandırdı - "İmkan verməyəcəyik”

“Nə baş verdiyi aydındır, elə deyilmi? Azərbaycanın törətdiyi hərbi cinayətlərə dair təkzibolunmaz sübutlar ortaya çıxdıqda, bunun qarşısını almaq üçün Azərbaycan 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan tərəfinin keçmişdə törətdiyi iddia edilən hərbi cinayətləri dərhal gündəmə gətirir. Bundan sonra tez bir zamanda qurbanla cinayətkar arasında bərabərlik işarəsi qoyulur (guya hər iki tərəf eyni şeyi edirdi).

KONKRET.az erməni teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaarın Azərbaycana qarşı hərbi cinayətlərin videosunu aldığını bildirən tvitinə cavab olaraq yazıb.

“Genişmiqyaslı müharibə zamanı baş vermiş hər hansı hadisəni sülh müqaviləsinin mətninin müzakirəsi zamanı törədilmiş aşkar hərbi cinayətlə müqayisə etmək cəhdi heç bir məntiqə sığmır. Əminəm ki, erməni qüvvələri heç vaxt belə hərbi cinayətlər törətməyiblər, bu iyrənc videoda gördüklərimizlə heç bir müqayisə aparmaq olmaz.

Biz hərbi cinayətin qurbanı ilə cinayətkar arasında bərabər işarə qoymağa imkan verməyəcəyik”, – Marukyan yazıb.

Göründüyü kimi, Toyvo Klaarın tviti ermənilərə od qoyub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*