“İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” hesabında yazıb.
Xatırladaq ki, İran bəyanat yayaraq nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atdığını və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirib.
