İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində ABŞ prezidenti Donald Trampı Tehrana qarşı koronavirus fonunda sanksiyaları qəsdən sərtləşdirməkdə ittiham edib.
KONKRET.az xəbər verir ki, siyasətçiyə görə, tibbi terror Amerikanın iqtisadi terrorizmini əvəz edir: “Tramp ABŞ-ın qeyri-qanuni sanksiyalarını İranın koronavirusla mübarizə üçün lazım olan mənbələrini tükəndirmək üçün sərtləşdirir”.
Qeyd edək ki, hazırda İranda 5823 nəfər koronavirusa yoluxub. 145 bu virusdan dünyasını dəyişib.
