Tramp İranla bağlı bu qətnaməyə veto qoydubackend

Tramp İranla bağlı bu qətnaməyə veto qoydu

ABŞ lideri Tramp Konqresin İrana bağlı qətnaməsinə veto qoyub.

KONKRET.az bu barədə Ağ Evin yaydığı açıqlamaya istinadən xəbər verir.

Tramp bildirib ki, ABŞ onsuz da İrana qarşı hərbi güc tətbiq etməyib, etmir və bir neçə ay əvvəl ABŞ ordusu tərəfindən İraqda keçirilən xüsusi əməliyyat zamanı general Qasim Süleymaninin qətli isə tamamilə qanunidir:

“Bu, çox təhqiramiz bir qətnamə idi. Bu qətnamə demokratlar tərəfindən respublikaçılar arasında nifaq salmaq və bunun hesabına 3 noyabrda seçkini qazanmaq strategiyası ilə hazırlanıb”.

Xatırladaq ki, 2020-ci ilin qışında ABŞ ordusu tərəfindən Qasim Süleymaninin öldürülməsindən sonra Amerika Konqresdə İrana qarşı hərbi əməliyyatlarla əlaqədar Trampın səlahiyyətlərinin məhdudlaşdırılması təklif olunub. Konqresmenlər belə bir məhdudiyyət olmadığı təqdirdə Trampın müharibə başlada biləcəyini hesab edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*