ABŞ 50 faizlik tarif tətbiq edən Kanada mallarının əvvəlki siyahısını yeni, genişləndirilmiş siyahı ilə əvəz edib. Buraya pendirlər, tikinti materialları, mebel, avtomobillər, işıqlandırma avadanlıqları və digər məhsullar daxildir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın sərəncamında deyilir.
Məhsul siyahısının yenidən nəzərdən keçirilməsi iki ölkə arasında ticarət danışıqlarının uğursuzluğundan və Ottavanın ABŞ-dan idxal edilən mallara ümumi dəyəri təxminən 20 milyard dollar olan cavab rüsumları tətbiq etməsindən sonra baş verdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
