Tramp Kolumbiya prezidentini Ağ Evə dəvət etdibackend

Tramp Kolumbiya prezidentini Ağ Evə dəvət etdi

ABŞ prezidenti Donald Tramp Kolumbiya lideri Qustavo Petro ilə telefon danışığı apardığını və yaxın vaxtlarda Ağ Evdə şəxsi görüş keçirməyi planlaşdırdığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp Truth Social sosial şəbəkəsində yazıb.

“Kolumbiya prezidenti Qustavo Petro ilə danışmaq mənim üçün böyük şərəf idi. O, narkotiklərlə bağlı vəziyyəti və aramızda mövcud olmuş digər fikir ayrılıqlarını izah etmək üçün zəng etmişdi. Bu zəngi və onun müsbət tonunu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə görüşümüzü səbirsizliklə gözləyirəm,” – deyə Tramp qeyd edib.

ABŞ prezidentinin sözlərinə görə, danışıqların hazırlanması ilə artıq hər iki ölkənin xarici siyasət qurumları məşğuldur.

Trampın bu açıqlaması onun əvvəllər Kolumbiya hakimiyyətinə qarşı səsləndirdiyi sərt bəyanatlar fonunda diqqət çəkir. O, daha əvvəl narkotrafik və regional təhlükəsizlik məsələləri ilə əlaqəli olaraq Kolumbiya hökumətinə qarşı hərbi əməliyyat ehtimalını da dilə gətirmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*