Tramp Ukrayna münaqişəsinə 24 saat ərzində son qoyacağını BİLDİRDİbackend

Tramp Ukrayna münaqişəsinə 24 saat ərzində son qoyacağını BİLDİRDİ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada 24 saat ərzində sülhə nail ola biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” səhifəsində yazıb.

“Mən prezident olsaydım, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt baş verməzdi. Prezident kimi mən 24 saat ərzində bu dəhşətli müharibəni dayandırmaq üçün danışıqlar apara bilərdim“, – o deyib.

Yanvarın 26-da Tramp bəyan edib ki, Ukraynaya Qərb istehsalı olan tankların tədarükü münaqişəni nüvə müharibəsinə çevirə bilər.

Qeyd edək ki, keçmiş Amerika lideri Ukraynadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilə biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*