“Tehran atəşkəsin uzadılması üçün müraciət etməyib və Hörmüz boğazı, ABŞ-ın dəniz blokadası aradan qaldırılmayana qədər bağlı qalacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, İslam Respublikası blokada davam etdiyi müddətdə boğazı açmaq niyyətində deyil. Zərurət yaranarsa, rəsmi Tehran blokadanı güc yolu ilə yarmağa hazır olduğunu bildirir.
Mənbənin sözlərinə görə, Donald Tramp atəşkəsin uzadıldığını bəyan edə bilər, lakin bundan sonra ABŞ və ya onun regiondakı müttəfiqi İsrail tərəfindən hücum ehtimalı istisna olunmur.
Bu arada, İran parlamentinin deputatı Həsən Əli Amiri ölkəyə qarşı müharibəni dəstəkləyən vətəndaşlara sərt xəbərdarlıq edib. O bildirib ki, İsrail və digər düşmən dövlətlərlə əməkdaşlıq milli təhlükəsizliyə qarşı fəaliyyət sayılır və bu, əmlakın müsadirəsi, hətta vətəndaşlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
