Tramp yenə “Twitter”də yazdı: İŞİD-in lideri olacaq şəxs də öldürüldübackend

Tramp yenə “Twitter”də yazdı: İŞİD-in lideri olacaq şəxs də öldürüldü

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini əvəz edəcək şəxs öldürülüb.

KONKRET.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

Onun sözlərinə görə, əl-Bağdadinin xələfi ABŞ hərbçiləri tərəfindən məhv edilib.

“Çox güman ki, o ən yaxşı yeri tutacaqdı. Artıq o da ölüdür!”, – deyə D. Tramp vurğulayıb.

ABŞ Prezidenti öldürülən terrorçunun adını açıqlamayıb.

Qeyd edək ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. İŞİD-in yeni liderinin Abdullah Qardaş olması barədə məlumatlar yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*