Trampın Azərbaycan və Türkiyəni zəiflətmək PLANI: “Vaxtilə Naxçıvanı “Ararat”ın tərkibinə vermək istəyirdilər, indi isə…”backend

Trampın Azərbaycan və Türkiyəni zəiflətmək PLANI: "Vaxtilə Naxçıvanı "Ararat"ın tərkibinə vermək istəyirdilər, indi isə..."

“ABŞ prezidentləri, administrasiyası və müxalifəti hər zaman türk xalqlarına qarşı qərəzli yanaşıblar. Burda digər müsəlman dövlətlərinə fərqli baxışlar da mövcuddur. Ancaq daha çox Türk-müəslman dövlətlərinə qarşı qərəzlilik müşahidə olunub. Buna səbəb isə Türk dövlətlərini özlərinə ciddi rəqib görmələridir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Faiq Ələkbərli səsləndirib.

O bildirib ki, söhbət təkcə ABŞ-dan getmir. Burada Böyük Britaniyanı da qeyd etmək lazımdır:

“ABŞ Türk dövlətlərinə, xüsusən də Azərbaycan və Türkiyəyə münasibətdə öz maraqları çərçivəsində yanaşır. Bu baxımdan onların təyin etdiyi şəxslərin erməni təsiri altında olmasından daha çox ABŞ-ın maraqlarına cavab verməsini söyləmək daha doğrudur. Bu gün Ermənistan Vaşinqtonun maraqlarına cavab verirsə, deməli ona uyğun addımlar atılacaq. İrəvan daha çox Rusiyanın tərəfdaşı olanda da, nəinki Ermənistan diasporu, hətta hakimiyyəti də ABŞ-a maraq göstərirdi. Buna görə də, Trampın Ermənistanı dəstəkləyənləri vəzifəyə qoyması ABŞ-ın maraqları baxımdan çox önəmlidir. Məqsəd ABŞ-ın maraqlarına uyğun addım atmayan Azərbaycan və Türkiyəni zəif salmaqdır. Əlbəttə, ingilis və amerikalıların maraqları Türk dövlətlərinin istəkləri ilə heç vaxt uzlaşmayıb. Ancaq Türk dövlətlərinə gəldikdə, burada vəziyyət dəyişir. Biz hələ Xalq Cümhuriyyəti dövründə də ABŞ-ın Azərbaycanın əleyhinə addımlar atdığını bilirik. Burada bizim üçün təəccüblü heç nə yoxdur. Onlar vaxtilə Naxçıvanın “Ararat”ın tərkibində qalmasını təklif edirdilər. Yaxud “Osmanlı”nın parçalanmasında, Türkiyənin kiçilməsində ABŞ və Britaniyanın hansı rol oynadığını gözəl bilirik. Ona görə də, bunu təbii qarşılamalı və bütün ssenarilərə hazır olmalıyıq”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*