“Trampın qanı tökülməlidir” deyən Ayətullah Amoli öldürüldü?backend

"Trampın qanı tökülməlidir" deyən Ayətullah Amoli öldürüldü?

Ayatullah Abdulla Cavadi Amolinin ölümü ilə bağlı yayılan məlumatları Tehran qəbul etmir.

KONKRET.az xəbər verir ki, tanınmış iranşünas Mixail Krutixin və bir sıra sosial media resursları ayətullahın öldürüldüyünü iddia etsə də, İranın rəsmi xəbər agentlikləri bu məlumatı “psixoloji müharibə” adlandırıb.

İranın “Fars” xəbər agentliyi ayətullahın ofisinə istinadən bildirib ki, Abdulla Cavadi Amoli sağ-salamatdır və fəaliyyətini davam etdirir. Xatırladaq ki, ayətullah bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın və “sionistlərin” qanının tökülməsini vacib buyuran (cihad fətvası) sərt bəyanatla çıxış etmişdi. “Tasnim” agentliyinin yaydığı həmin müraciətdə Amoli: “Bizim torpağımız namusumuzdur. Sionistlərin və Trampın qanının tökülməsi İmam Mehdinin kəlamıdır”, – deyə bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*