ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib.
KONKRET.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”nəşri Böyük Britaniyanın “Focaldata” şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə istinadla məlumat yayıb.
Materialda qeyd olunub ki, amerikalı seçicilərin yalnız üçdə biri onun Ağ Ev rəhbəri kimi fəaliyyətini bəyənir.
Tədqiqatın məlumatlarına əsasən, bir ay əvvəlki 35 % ilə müqayisədə respondentlərin yalnız 33 %-i Trampın hazırkı siyasi kursunu dəstəkləyib. Eyni zamanda, respublikaçı seçicilər arasında onun dəstəklənmə səviyyəsi 72 %-ə enib ki, bu da FT-nin sorğuları çərçivəsində antirekorddur.
Sorğu 28 avqust – 1 sentyabr tarixləri arasında qeydiyyatdan keçmiş 1914 seçici arasında aparılıb, xəta payı təxminən 2,6 faiz bəndi təşkil edir.
