ABŞ Prezidenti Donald Trampın Nyu-Cersidə ictimaiyyət qarşısına nəzərəçarpacaq dərəcədə dəyişmiş saç düzümü ilə çıxması sosial şəbəkələrdə və KİV-də yeni müzakirə və zarafat dalğası yaradıb.
KONKRET.az xəbər verir ki, bu dəfə Tramp daha tünd saç rəngi və əks tərəfə ayrılmış saçı ilə diqqət çəkib. Bu metamorfoza internet istifadəçilərinin geniş təpkisinə səbəb olub.
Jurnalist Aaron Rupar X platformasında prezidentin yeni görünüşünün şəkillərini paylaşaraq “Trampın saçları ilə baş verən dəhşət nədir?” sualını verib.
İstifadəçilər isə müxtəlif zarafatlarla reaksiya veriblər:
“Baba yeni parik alıb?”
“Tramp yaşlı qadınların saç rəngi ilə eksperiment aparmağa başladığı yaş mərhələsinə qədəm qoyub.”
“Prezident Tramp Amerikanı yenidən qlamur edir!”
“Parik istehsalçıları Trampın dəyişikliklərinə çata bilmirlər.”
Donald Tramp özü isə parik taxması ilə bağlı şayiələri dəfələrlə təkzib edib. Sentyabrın 2-də Ağ Evin Yağlı bağçasında çıxışı zamanı o, bu söz-söhbətlərə münasibət bildirərək, “Mən parik taxmıram” demişdi. Xüsusilə külək zamanı saç düzümünün altındakı seyrək sahələr tez-tez diqqət çəkir.
Trampın bioqrafı Maykl Volff sentyabrın 5-də yayımlanan podkastında tamam fərqli bir versiya irəli sürüb. O iddia edib ki, Tramp səfərlər zamanı yanında kiçik saç tellərinin olduğu daşına bilən “təmir dəsti” gəzdirir. Volffun sözlərinə görə, bu dəst vasitəsilə prezident görünüşünü korreksiya edir, lakin həmin tellərin hansı üsulla və kim tərəfindən bərkidildiyini bilmədiyini, bunun üçün yəqin ki, hansısa “pastadan” istifadə olunduğunu ehtimal edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
