TRIPP layihəsi Ermənistanın İranla təmaslarını birbaşa məhdudlaşdırır.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan bildirib.
“Hüquqi özbaşınalığa qarşı” qeyri-hökumət təşkilatının rəhbəri xatırladıb ki, tanınmış amerikalı strateq Zbiqnev Bjezinski hələ 30 il əvvəl Cənubi Qafqazı Balkanlarla müqayisə edirdi. Onun fikrincə, ABŞ bu regionda üstün mövqeyə sahib olmalı idi.
Alaverdyan @SputnikARM platformasında keçirilən mətbuat konfransında bildirib ki, bu gün “Tramp marşrutu” (TRIPP) adlandırılan layihə məhz həmin məqsədin həyata keçirilməsinə yönəlib.
Onun sözlərinə görə, Vaşinqtonun digər əsas məqsədi isə Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.
Natiq Səlim,
KONKRET.az
