Tu-142-lər Britaniya sərhədində: Britaniya qırıcıları hərəkətə keçdibackend

Tu-142-lər Britaniya sərhədində: Britaniya qırıcıları hərəkətə keçdi

Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tayfun” qırıcıları ölkənin maraq dairəsi zonasına daxil olan Rusiyanın Tu-142 təyyarələrini müşayiət etmək məqsədilə havaya qaldırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələri rəsmi açıqlama yayıb.

“Hər an uçuşa hazır vəziyyətdə olan “Tayfun” qırıcıları Lossimut və Koninqsbidəki bazalardan havaya qaldırlıb. Bu, Britaniya hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə bir cavab addımı idi”, – məlumatda qeyd olunub.

Lossimut bazasının Tvitter səhifəsində Rusiya təyyarələrinin Britaniya hava məkanını pozmadığı bildirilib.

“Skay Nyus” kanalı isə Britaniyanın iki rus təyyarəsinə görə 6 “Tayfun” və 1 “Voyager” yanacaqdaşıyan təyyarələrini qaldırdığını yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*