Tuğba Ekinçi saxlanıldıbackend

Tuğba Ekinçi saxlanıldı

Türkiyədə müğənni Tuğba Ekinçi saxlanılıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Kızılcahamam Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində 5 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Tuğba Ekinçinin də daxil olduğu 5 şübhəli saxlanılıb.

İstintaq zamanı şübhəlilərin sosial media platformaları üzərindən ödəniş qarşılığında ədəbsiz məzmunlu materiallar paylaşdıqları müəyyən edilib.

Daha bir şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*