“Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb” – Emil Rasimoğlubackend

"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu

Emil Rasimoğlu,
AYB-nin üzvü, Prezident təqaüdçüsü

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, gənc şair Emil Rasimoğlu sosial şəbəkədə Ağ Partiya başqanı Tural Abbaslını sərt tənqid edib.

KONKRET.az həmin statusu təqdim edir: “Öncə onu deyim ki, mənim heç bir partiya mənsubluğum yoxdur və partiya anlayışını da qəbul etmirəm. Həqiqəti görmək üçün, demək üçün mütləq deyil ki, hansısa partiyaya üzv olasan…

Tural Abbaslının çıxışlarına dəfələrlə baxmışam. Sadəcə kütlə psixologiyalı, siyasi analitikadan uzaq çıxışlardır. Bilmək lazımdır ki, 90-cı illərin pafoslu, hay-küylü çıxışları artıq estafeti təhvil verib. Daha 21-ci əsrdir. Elitar siyasətdən, modern siyasi idarəçilikdən xəbərdar olmalısan. Tural bəyin çıxışlarında isə bunlar özünü zərrə qədər də əks etdirmir. Dediyim kimi, sadəcə 90-cı illərin hay-küylü nitqləri. O nitqlərlə Tural Abbaslı kütləni ələ ala bilər. Çünki istənilən cəmiyyət pafosa meyillidir. Ona görə ki, yetərincə savada malik deyil. Amma o nitqlər bu günün siyasətini özündə əks etdirmir. Sadəcə savadsız çıxışlar!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*