Azərbaycan Premyer Liqasında sonuncu turun daha bir oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0.
Xallarının sayını 48-ə çatdıran Tovuz klubu mövsümü 6-cı, 35 xala malik Gəncə təmsilçisi isə 8-ci pillədə başa vurub.
Qeyd edək ki, günün ikinci görüşündə “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.