“Turkish Airlines” İstanbul-İrəvan aviareyslərini işə salırbackend

"Turkish Airlines" İstanbul-İrəvan aviareyslərini işə salır         ˇ

Türk Hava Yolları şirkəti (Turkish Airlines) mart ayından etibarən İstanbul-İrəvan marşrutu üzrə aviareyslər işə salacaq.

KONKRET.az xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi saytında məlumat yerləşdirilib.
Yeni marşrut üzrə ilk reysin 11 mart tarixindən həyata keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında İnvestorlar üçün Məlumatların Açıqlanması Platformasında (KAP) dərc olunmuş “Turkish Airlines” aviaşirkətinin bəyanatında qeyd olunub ki, şirkətin Direktorlar Şurası mövcud imkanlardan və bazar şəraitindən asılı olaraq Rumıniyanın Timişoara şəhərinə və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin başlanması barədə qərar qəbul edib.\\Bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*