Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl bir çox türk mediası prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin alyansa daxil olması ilə bağlı bəyanatı ilə əlaqədar xəbərlər yayıb.
KONKRET.az xəbər verir ki, Ərdoğan Türkiyənin Avropa Birliyinə üzvlük üçün 50 il gözləmək məcburiyyətində qaldığını qeyd edərək, bunun üçün qapılar açılsa, Finlandiyanın qəbul edildiyi kimi İsveçin də NATO-ya üzvlüyünə yol açacağını bildirib.
Ərdoğan sammitdə Ukraynaya da dəstəyini ifadə edərək, onun alyansa üzv olmağa layiq olduğunu bildirib.
Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında Ərdoğan iyulun 17-dən sonra Rusiya ilə taxıl müqaviləsinin üç ay, gələcəkdə isə iki il uzadılmasına ümid etdiyini bildirib.
Bununla belə, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, indiyədək sövdələşmənin uzadılması məsələsi ilə bağlı yeni məlumat yoxdur və Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar planlaşdırılmır.
O, həmçinin qeyd edib ki, hazırda taxıl sövdələşməsi ilə bağlı vəziyyət dəyişməz olaraq qalır.
Burhan,
KONKRET.az
