Suriya ilə bağlı məsələdə Soçi razılaşmasına əməl etmək lazımdır.
KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Türkiyənin birlikdə imzaladığımız razılaşmaya hörmət etməsini istəyirəm. Cənab Ərdoğan özü də Suriyanın ərazi bütövlüyünə hörmət etməyin zəruriliyini vurğulamışdı” deyə Ruhani bildirib.
İran prezidenti gərginliyin siyasi yolla həllinə inandığını qeyd edib.
