Türkiyə Cənubi Qafqazda: “Hərbi-siyasi mövcudluğunu gücləndirir”backend

Türkiyə Cənubi Qafqazda: “Hərbi-siyasi mövcudluğunu gücləndirir”

“Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Azərbaycan da yer alıb. Qardaş ölkə hərbi mövcudluğunu qoruyub-saxlamaqla bərabər Azərbaycan və Yaxın Şərqdə inkişaf edəcək”.

KONKRET.az xəbər verir ki,  bu sözləri “Sherg.az”a politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, Türkiyə İkinci Qarabağ müharibəsində rəsmən Cənubi Qafqaza daxil oldu:

“Bu, tarixi bir hadisədir və Türkiyə üçün ciddi strateji uğurdur.

Qardaş ölkə uğurunu Cənubi Qafqazda davam etdirəcək. Qeyri-rəsmi də olsa, Türkiyə artıq Azərbaycanda, o cümlədən Suriya, İraq və Liviyada yerləşməyini və hərbi-siyasi mövcudluğunu gücləndirir.

Nə vaxta qədər ki, partiya iqtidarı qardaş ölkədədir, o dövlət mənafelərini dünyada genişləndirməyə davam edəcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*