“Türkiyə, Çin, Rusiya və ABŞ bu regionda toqquşacaq” – İLGİNC DETALLARbackend

"Türkiyə, Çin, Rusiya və ABŞ bu regionda toqquşacaq" - İLGİNC DETALLAR

Çin Mərkəzi Asiya dövlətlərinə 4 milyard dollar məbləğində maliyyə dəstəyi və təmənnasız yardım ayıracaq. Bu barədə Çin prezidenti Si Cinpin deyib. O bildirib ki, Pekin Mərkəzi Asiya ölkələrinə müdafiə qabiliyyətini gücləndirməyə kömək etməyə hazırdır. Bəs görəsən, Çinin təmənnasız yardımının arxasında hansı məqamlar gizlənir? Bu məsələ Rusiya, Türkiyə və Çin münasibətlərinə necə təsir göstərəcək? Rügionda sözügedən ölkələrin maraqları toqquşa bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Çin Afrika ölkələrini, Şərqi Avropanı və Mərkəzi Asiyanı iqtisadi ekspansiyaya (başqa ölkələrin siyasi və ya iqtisadi cəhətdən tabe etdirilməsi -red) məruz qoyur: “Bu regionun adı Türküstandır. O vaxt Orta Asiya terminini gündəmə Sovet İttifaqı gətirib. Daha sonra isə bu, Mərkəzi Asiya adı ilə əvəzlənib. Türküstan regionunda yerləşən müstəqil respublikalara Çinin təmənnasız pul verməsi rəsmi Pekinin o regiona iqtisadi ekspansiyasından xəbər verir. Təbii ki. burada Türkiyə və Çinin maraqları toqquşacaq. Çünki Türküstan regionunda Türkiyənin də maraqları mövcuddur. Mərkəzi Asiya regionu çox önəm daşıyır. Görünür, bu regionda Türkiyə, Çin, Rusiya və ABŞ-ın toqquşması baş verəcək. Buna görə də, Türkiyə sözügedən rəqabətə hazır olmalıdır”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Politoloqun sözlərinə görə, Türkiyədə Ərdoğanın seçkilərdə qalib gəlməsi çox önəmlidir: “Çünki həmin regionda qardaş ölkənin mövqeləri möhkəmlənməlidir. Belə olan təqdirdə Mərkəzi Asiyanın türkdilli dövlətləri Çin, ABŞ və Rusiyaya deyil, məhz Türkiyəyə qucaq açacaq. Çin özünəməxsus siyasət yürüdür. Öncə pul verir, daha sonra isə həmin ölkələri özündən asılı vəziyyətə salır. Bunu biz Afrika və Şərqi Avropa siyasətində müşahidə etmişik. Təmənnasız verilən pulların arxasında mütləq bir məqsəd dayanır. Görünür, Çin Mərkəzi Asiya ölkələrinin əsas iqtisadi dayaqlarını əllərindən almağa çalışacaq. Ona görə də, Mərkəzi Asiya ölkələri Çinin bu cür ekspansiya siyasətinə uymamalı və ehtiyyatlı olmalıdırlar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*