backend

"Türkiyə daha iki AES-in inşasına hazırlaşır" - Ərdoğan

“Türkiyə “Rosatom” tərəfindən tikilən Akkuyu AES-dən sonra ikinci və üçüncü atom elektrik stansiyalarının inşası layihələrinin icrasına başlamaq niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Akkuyu AES-in birinci blokunu 2023-cü ildə istifadəyə verməyi planlaşdırırıq. Akkuyudan sonra biz tezliklə ikinci, hətta üçüncü AES-in tikintisinin hazırlıqlarına başlayacağıq. Biz ölkəmizi nüvə enerjisi ilə təmin etməyə çalışırıq”, – Ərdoğan bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*