Koronavirus təhlükəsindən dolayı 16 martdan etibarən Türkiyənin təhsil ocaqlarında 1 həftə tətil elan ediləcək. 23 martdan isə şagirdlər 1 həftə ərzində internet və televiziya vasitəsilə təhsillərini davam etdirəcəklər. Ali təhsil müəssisələrinin tələbələri 3 həftə tətilə buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
Mətbuat katibi deyib ki, koronovirusla əlaqədar Türkiyə prezidentinin xarici ölkələrə səfərləri təxirə salınıb, amma martın 17-də İstanbulda Almaniya və Fransa dövlət başçıları ilə Ərdoğanın görüşü olacaq.
Mətbuat katibi deyib ki, ölkə daxilində idman oyunları aprelin sonuna qədər tamaşaçısız keçiriləcək.
