Türkiyə nümayəndə heyəti F-16 ilə bağlı danışıqlar üçün ABŞ-a getdibackend

Türkiyə nümayəndə heyəti F-16 ilə bağlı danışıqlar üçün ABŞ-a getdi

Türkiyə nümayəndə heyəti ABŞ-dan F-16 qırıcılarının alınması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a gedib.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Müdafiə Nazirliyinin texniki heyəti ABŞ-ın dəvəti ilə F-16-ların modernləşdirilməsi və alınması prosesini tez bir zamanda həyata keçirmək üçün bu ölkəyə gedib”, – məlumatda deyilir.

Bu ilin əvvəlində ABŞ və Türkiyə rəsmiləri bu mövzuda bir sıra məsləhətləşmələr aparıb.

Milli Müdafiə Nazirliyi  xatırladıb ki, F-16-ların ABŞ-dan alınması və modernləşdirilməsi çərçivəsində Türkiyədə 3 görüş keçirilib.

Qeyd edək ki, ötən ilin payızında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Vaşinqton bir neçə il əvvəl Ankaranın kənarlaşdırıldığı F-35 proqramı müqabilində Türkiyəyə F-16 qırıcıları verməyi təklif edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*