Türkiyə ordusu “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində təcavüz atəşi açan 7 PKK/YPG terrorçusunun zərərsizləşdirib.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Nazirlikdən verilən açıqlamada, “Suriyanın şimalında hücuma cəhd edən terrorçuları məhv etməyə davam edirik. “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində təcavüz atəşi açan 7 PKK/YPG terrorçusu komando qüvvələrimizin uğurlu müdaxiləsi ilə zərərsizləşdirilib” – deyə qeyd edilib.
İqbal Rzayev,
KONKRET.az
