“Güclü dəstəyə görə Prezident dostum Ərdoğana və türk xalqına təşəkkür edirəm”.
KONKRET.az xəbər verir ki, məlumatlara görə, Türkiyə Rusiya hərbi gəmilərinin Qara dəniz boğazlarından keçməsinə qadağa qoyub.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Rusiya hərbi gəmilərinin Qara dəniz boğazından keçməsini qadağan etdiyinə görə, təşəkkür edib.
“Rusiya hərbi gəmilərinin Qara dənizə keçidinin qadağan edilməsi və Ukraynaya əhəmiyyətli hərbi dəstək son dərəcə vacibdir. Ukrayna heç vaxt unutmayacaq”, – deyə Zelenski bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
