Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu Suriyanın Rasulayn şəhərini PKK/YPG terrorçularından azad edib.
KONKRET.AZ xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
Türkiyə Müdafiə Nazirliyi bu gün səhər saatlarında “Barış bulağı əməliyyatı” çərçivəsində Fərat çayının şərqindəki Rasulayn şəhəri nəzarət altına alındığını açıqlayıb.