“Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstək verir” – Ərdoğanbackend

"Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstək verir" - Ərdoğan

“Suriyanın şimalının bütün dünyaya terrorçu ixrac edən mərkəzə çevrilməsinin qarşısını almışıq. Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstək verir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə iclasda söyləyib.

“İŞİD və PKK-nın Suriya qanadına yönəlmiş əməliyyatlarımızla bu bölgədəki sabitliyə töhfə verdik. Türkiyə buradakı varlığı ilə Suriyanın ərazi bütövlüyünə dəstək verir. Vicdanı olan hər kəs qəbul edər ki, Türkiyənin səyləri olmasaydı, Avropa və Suriya fərqli mənzərə ilə qarşılaşacaqdı”, – Türkiyə Prezidenti bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*