Türkiyə və Ermənistandan ABŞ-a MESAJ – Nə baş verir?backend

Türkiyə və Ermənistandan ABŞ-a MESAJ - Nə baş verir?

ABŞ Ermənistan və Türkiyə arasında ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatı alqışlayır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin bəyanatında deyilir.

“Bu addım hər iki ölkənin iqtisadi əlaqələri genişləndirmək və Cənubi Qafqaz regionunda davamlı sülh və rifahı təşviq etmək öhdəliyini nümayiş etdirir.

Ermənistan və Türkiyənin regionun bütün xalqlarına fayda verəcək əməkdaşlığın gücləndirilməsi istiqamətində davam edən səylərini yüksək qiymətləndiririk”, – ABŞ diplomatik nümayəndəliyindən bildirilib.

Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli bildirib ki, Ankara və İrəvan iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıb.

Onun sözlərinə görə, 2022-ci ildən davam edən Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində iki ölkə arasında birbaşa ticarətin başlanmasına hazırlıq 11 may 2026-cı il tarixinə olan vəziyyətə əsasən tamamlanıb.

Keçeli qeyd edib ki, Ermənistanla ümumi sərhədin açılması üçün zəruri texniki işlər davam etdirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*