“Azərbaycandan Naxçıvana Ermənistan üzərindən marşrutun açılması üzərində iş gedir, lakin İran ərazisindən də alternativ variant var”.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu “Hürriyet” qəzetinə bildirib.
“Ermənistan tərəfi ilə problemlər varsa, o zaman Azərbaycanın da İranla bu ölkənin ərazisindən dəhliz keçmək imkanları ilə bağlı əlaqələri var. Hazırda hər iki variant müzakirə olunur”, – deyə Uraloğlu bildirib.
Natiq Səlim,
KONKRET.az
