Türkiyənin Manisa vilayətində yerləşən qədim Sard şəhərində təxminən 2,5 min il yaşı olan mərmər gənc oğlan heykəli aşkarlanıb.
KONKRET.az xəbər verir ki, arxeoloji qazıntılar zamanı tapılan heykəlin hündürlüyü 2,2 metrdir və onun antik dövrə aid olduğu bildirilir.
Mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, əsər eramızdan əvvəlki dövrlərə aiddir və Sard şəhərinin zəngin mədəni irsini əks etdirir.
Qeyd edək ki, Sard (Sardis) qədim Lidiyanın paytaxtı olub. Şəhər vaxtilə bölgənin ən mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri sayılırdı. Burada dünyanın ilk sikkələrinin dövriyyəyə buraxıldığı məkanlardan biri kimi tanınan qədim zərbxana da yerləşirdi.
Arxeoloqlar hesab edirlər ki, yeni tapıntı Anadolu sivilizasiyalarının tarixi və sənət ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Natiq Səlim,
KONKRET.az
