Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdubackend

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu

Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.

KONKRET.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan 4-ü əsas, 2-si isə yan xətt referiləridir.

Aşağı liqalarda idarəçilik edən hakimlərdə xəstəliyin sipmtomları müşahidə olunmasa da, hər biri karantinə alınıb. Onlar 14 gün müddətinə təcrid olunublar.

Qeyd edək ki, daha əvvəl Türkiyədə 2 hakim koronavirusa yoluxmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*