Türkiyədə ağır qəza – Ölən və yaralananlar varbackend

Türkiyədə ağır qəza - Ölən və yaralananlar var

Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub.

KONKRET.az xəbər verir ki, hadisə Turqutlu rayonunda baş verib.

Qəza zamanı azı 1 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Faktla əlaqədar araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*