Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında 20-dən çox insan qalıb.
İnönü küçəsində yerləşən 2 mərtəbəli binanın naməlum səbəbdən uçduğu deyilir.
Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis və tibbi qruplar cəlb edilib.
18:29
Dağıntılar arasından 11 nəfər yaralı halda çıxarılıb.
KONKRET.az xəbər verir ki, qəzaya səbəb kimi təmir işləri zamanı səhvə yol verilməsi göstərilir. Binanın 50 yaşı olub.
19:38
Malatyada çökən binanın dağıntıları altından çıxarılan vətəndaşların sayı 14-ə çatıb.
KONKRET.az xəbər verir ki, bunu Malatyanın bələdiyyə başçısı Səlahəttin Gürkan bildirib.
O, xilas edilənlərin həyatlarına hər hansı təhlükənin olmadığını bildirib.
