Türkiyədə boş qalan 3 mühüm VƏZİFƏ – SİYAHIbackend

Türkiyədə boş qalan 3 mühüm VƏZİFƏ - SİYAHI

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Ölkə başçısı hökumətdə köklü dəyişiklik edərək, iki nəfərdən başqa bütün nazirləri dəyişib.

KONKRET.az türk mətbuatına istinadən xəbər verir ki, hələlik 3 mühüm yer boş qalıb. Belə ki, MİT sədrliyi, İstanbul Valiliyi və Baş Qərargah rəisi vəzifələrinə təyinat olmayıb.

Yeni nazirlərin ən qısa zamanda vəzifəyə başlaması gözlənilsə də, bu mühüm postlara kimlərin gətiriləcəyi hələlik açıqlanmayıb. Lakin təyinatların ən qısa zamanda elan ediləcəyi gözlənilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*