Türkiyədə bu gün koronavirusdan 191 nəfər öldübackend

Türkiyədə bu gün koronavirusdan 191 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 191 nəfər ölüb.

KONKRET.az-ın məlumatına görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 342 183 nəfərin test edildiyi, 17 644 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 568 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 625 349 peyvənd tətbiq edilib ki, bunun 91,27 faizi birinci, 82,39 faizi ikinci mərhələ vaksinasiya olunanlardır./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*