Türkiyədə COVID-19-la bağlı yeni QƏRARbackend

Türkiyədə COVID-19-la bağlı yeni QƏRAR

Türkiyədə koronavirus diaqnozu qoyulmuş xəstələrlə bağlı yeni prosedur tətbiq olunacaq. 

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yeni sənəddə deyilir.

Belə ki, “Əlaqələr haqqında düzgün məlumat” sənədinə əsasən koronavirus diaqnozu qoyulmuş şəxslər təmasda olduqları şəxslər haqqında natamam və ya yalan məlumat versələr, onlar haqqında hüquqi tədbir görüləcək.

Bu şəxslər Türk Cəza Qanununun 206-cı maddəsinə əsasən, üç aydan iki ilə qədər həbs və ya məhkəmə qərarı ilə müəyyən olunmuş məbləğdə cərimə oluna bilərlər.

Sənədin 81 vilayətə göndərilməsi nəzərdə tutulur. //Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*