Türkiyədə dərslər avqustun 31-dən başlayır – onlayn şəkildə…backend

Türkiyədə dərslər avqustun 31-dən başlayır - onlayn şəkildə...

Türkiyədə 2020-2021-ci tədris ili avqustun 31-dən onlayn formada başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuk bildirib.

Nazir qeyd edib ki, məktəblərin tədrisə açılması 21 sentyabrda nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumu bugünkü toplantısından sonra məktəblərin açılmasının daha bir ay təxirə salınmasını tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*