Türkiyədə fırtına və sel: 1 nəfər öldübackend

Türkiyədə fırtına və sel: 1 nəfər öldü

Türkiyənin paytaxtı Ankarada güclü külək səbəbindən inşaat sütununun aşması nəticəsində üç nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Ankara valisi Vasip Şahin sosial media hesabında paylaşım edib.

Bildirilib ki, xəstəxanaya çatdırılan həmin şəxslərdən biri ölüb, digər iki nəfərin isə müalicələri davam edir.

Əlverişsiz hava şəraiti İstanbulda da fəsadlara səbəb olub.

Şəhərdə yağan şiddətli yağış səbəbindən tarixi Qapalıçarşının bəzi hissələri, eləcə də bir sıra digər sosial obyektlər və alt keçidlər su altında qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*