Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başladı – Küçəyə çıxmaq QADAĞAN EDİLDİbackend

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başladı - Küçəyə çıxmaq QADAĞAN EDİLDİ

Türkiyənin Mardin şəhərində PKK terrorçularının polisi öldürdüyü bölgədə genişmiqyaslı əməliyyatlara start verilib.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Mardin Valiliyi Artuklu rayonunun Yardere məhəlləsində küçəyə çıxmağı qadağan edib.

Bildirilib ki, terrorçuların məhv edilməsi və onların istifadə etdiyi sığınacaq və anbarların dağıdılması, silah-sursatın ələ keçirilməsi məqsədilə genişmiqyaslı antiterror əməliyyatları keçirildiyi üçün insanların təhlükəsizlik tədbirlərini nəzərə alaraq qərara uyğun davranması əhəmiyyət kəsb edir.

Qeyd edək ki, adıçəkilən məhəllədə PKK terrorçuları ilə atışma zamanı bir polis nəfəri şəhid olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*