Türkiyədə genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində daha iki məşhur şəxs saxlanılıb,
KONKRET.az xəbər verir ki, bu barədə Türk mediası məlumat dərc edib.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq zamanı gecə saatlarında sosial şəbəkələrdə tanınan Taha Özer və Simge Barankoglu saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, Barankoglu həmçinin fırıldaqçılıq ittihamı ilə axtarışda olub.
Qeyd edək ki, 2021-ci ilin dekabrında o, fırıldaqçılıqla məşğul olan cinayətkar qrupla əlaqədar əməliyyat zamanı saxlanılmış və məhkəmə tərəfindən həbsinə qərar verilmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
