Türkiyədə kömür mədənində partlayış olub.
KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə İzmirdə qeydə alınıb.
Yerli vaxtla saat 21:00-da Kınık rayonunda baş verən partlayış zamanı 8 işçi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
