Türkiyədə müəmmalı QƏZA: 2 rusiyalı nüvə mühəndisi öldü – FOTOLARbackend

Türkiyədə müəmmalı QƏZA: 2 rusiyalı nüvə mühəndisi öldü - FOTOLAR

Akkuyu Nüvə Elektrik Stansiyasında işləmək üçün Rusiyadan gələn mühəndislər Türkiyədə qəzaya düşüb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, rusiyalı mühəndislərin olduğu mikroavtobus Akderenin Silifke mahalında arxadan yük maşınına toqquşub.

Qəza zamanı tırın altına girən mikroavtobusdakı 12 mühəndisdən 2-si hadisə yerindəcə dünyasını dəyişib. Sürücü ilə birlikdə 11 mühəndis isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölənlər Omsuya Denis Petrpuik və Andrey Voronov olub.

Yoldan keçən sürücülər hadisə ilə bağlı təcili tibbi yardıma və yol polisinə məlumat veriblər.

Qəza ilə əlaqədar geniş araşdırma başladılıb. Türkiyə mediasında dərc edilən xəbərlərdə səlahiyyətli şəxslər qəzanın düşünülmüş deyil, həqiqətən baş vermiş bir hadisə olduğuna inanmaq istəyir. Bu fikirləri mikroavtobusda olan rus mühəndisləri ilə əlaqələndirirlər.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*