Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından 197 nəfər dünyasını dəyişib.
KONKRET.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saatda həm də 7839 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 186 min 487, pandemiya qurbanlarının sayı isə 46 min 268 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 24 min 313 pasiyent sağalaraq evə buraxılıb. Onlardan 11 202 nəfəri son sutka ərzində sağalanlardır.
